RU

İrəvandan TƏKZİB: Mina xəritələrinin Azərbaycana verilməsi müzakirə edilməyib

"Mina sahələrinin xəritələrinin Azərbaycan tərəfinə verilməsi məsələsi müzakirə edilməyib".

Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən Ermənistan KİV-nə bildiriblər.

“Belə bir məsələ komissiyaların iclasının gündəliyinə daxil edilməyib və müzakirə olunmayıb”, - deyə ofisdən qeyd edilib.

Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası keçirilir. Ermənistanla sərhəddə baş tutan görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edir.  

Bizim.Media
 

Избранный
370
32
bizim.media

10Источники