RU

Qəbələdə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllülük prinsipi əsasında təqdim olunması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ednews-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları 6 tüfəng aşkarlanaraq götürülüb.
Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində isə 1 odlu silah könüllü olaraq polisə təhvil verilib.

Избранный
432
15
ednews.net

10Источники