RU

Qəbul imtahanlarının keçirilməsində dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Ali məktəblərə qəbul imtahanlarının keçirilməsində hər hansıdəyişiklik nəzərdə tutulmur.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlətİmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəsöyləyib.

“İmtahan prosesində baş verəcək bütün dəyişikliklər əvvəlcədənelan edilir. Xüsusilə imtahanın məzmunu ilə əlaqədar bütündəyişikliklər sentyabr ayında hər bir fənn üzrə ictimaiyyətə təqdimolunur. “Abituriyent” jurnalının xüsusi buraxılış nömrələrində isəyeni növ tapşırıqlar təqdim edilir. Bunların hamısı ilin əvvəlindəpedaqoji ictimaiyyətə, abituriyentlərə təqdim edilir”, - deyə DİMsədri bildirib.

Məleykə Abbaszadə cari ildə keçiriləcək ali məktəblərə qəbulimtahanlarının regionlar üzrə cədvəlinin yaxın vaxtlardaaçıqlanacağını qeyd edib.

Избранный
111
5
az.trend.az

10Источники