ABŞ-ın elektrikli avtomobil istehsalçısı Teslanın yeni nəsil avtomobil üzərində aparılan işlərə görə bu il avtomobil həcmindəki artımı 2023-cü ilə nisbətən daha aşağı ola bilər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Teslanın keçən ilin son rübü üçün balans hesabatında qeyd olunur.
Şirkətin gəliri 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 3 artaraq 25,2 milyard dollara çatıb. Xatırladaq ki, Tesla 2022-ci ilin dördüncü rübündə 24,3 milyard dollar gəlir əldə etmişdi.
Keçən ilin son rübündə Teslanın gəliri bazar gözləntilərindən aşağı olub. Elektrik avtomobil istehsalçısının xalis mənfəəti eyni dövrdə, təxminən, iki dəfə artaraq 7,9 milyard dollara çatıb. Teslanın xalis mənfəəti 2022-ci ilin dördüncü rübündə 3,7 milyard dollar olaraq hesablanıb.
Tesla 2023-cü ilin son rübündə qlobal miqyasda 494 min 989 avtomobil istehsal edib, 484 min 507 avtomobil tədarük edib. Bu dövrdə şirkətin avtomobil istehsalı illik bazda 13 faiz, təhvil verilən avtomobillərin sayı isə 20 faiz artıb.
Tesla tərəfindən edilən açıqlamada, komandaların Texasdakı "Gigafactory" adlı istehsal müəssisəsində yeni nəsil avtomobil üzərində işlədiyi və bu səbəbdən bu il avtomobillərin həcmindəki artımın daha aşağı ola biləcəyini bildirib.
Açıqlamada, həmçinin "Uzun müddətdir ki, bir çox insan elektrikli nəqliyyat vasitələrinin davamlılığından şübhələnirdi. Bu gün elektriklə işləyən avtomobillər planetin ən çox satılan vasitəsidir" deyilib.
Ay Tac