RU

“Milan”ın qapıçısını təhqir edən azarkeş cəzalandırıldı

İtaliya A Seriyasında “Milan”ın “Udineze”ni 3:2 hesabı ilə məğlub etdiyi matçda birincilərin fransız qapıçısı Mayk Minyana qarşı irqçi şüarlar səsləndirən azarkeşə cəza verilib.  

Məlumata görə o, 5 il müddətinə stadionlardan kənarlaşdırılıb.

Sözügedən azarkeşin 46 yaşlı şəxs olduğu müəyyən edilib.

“Udineze” klubu açıqlamasında onun komandanın stadionuna ömürlük buraxılmayacağını bildirib.

Mənbə: Haber Global

Избранный
208
3
dogru.az

10Источники