
İsrail Livanı yenə bombalayıb.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, buu barədə Livan mediası məlumat yayıb.
Bildirilib ki, bu gün İsrail Livandakı Hizbullah Hərəkatının mövqelərinə növbəti dəfə zərbələr endirib: "Hücum zamanı hərəkatın üzvü Fadil Əli Selman Şaar həlak olub, yaralılar var. Bununla da oktyabrın 8-dən bu yana həlak olan Hizbullah üzvlərinin sayı 164-ə yüksəlib".
Məlumatda o da deyilir ki, İsrail qırıcıları bu gün Livanın cənubundakı Merkaba qəsəbəsində Hizbullaha aid iki hədəfi də vurub.
Bu hücumla bağlı ətraflı məlumat verilməyib.
E.ARAZ
Reyting.az