Bakı. Trend:
Azərbaycan çox əlverişli coğrafi mövqedə - iki mühüm nəqliyyatarteriyasının kəsişməsində yerləşir. Əlbəttə ki, bu özlüyündə böyüküstünlükdür, lakin mövcud imkanlardan düzgün istifadə, bu sahədəlazımi vaxtda düzgün qərarların qəbulu, qəfil geosiyasidəyişikliklər nəticəsində yaranan imkanlardan istifadə etməkbacarığı böyük məharət tələb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altındanəqliyyat sisteminin təkmilləşdirilməsi və ölkədə nəqliyyatxidmətlərinin yaxşılaşdırılması istiqamətində bir sıra mühümaddımlar atır, olduqca uğurla həyata keçirilən müvafiq proqram vəlayihələr hazırlanır. Dövlət başçısının qəbul etdiyi qərar vəsərəncamlar ölkənin nəqliyyat sisteminin idarə olunma və xidmətsahəsinin təkmilləşdirilməsi, beynəlxalq tələblərə adaptasiya vəmilli nəqliyyat sisteminin dünya nəqliyyat sisteminə inteqrasiyasıüçün hüquqi əsas təşkil edir. Uğurla həyata keçirilən qərar, layihəvə proqramlar nəticəsində nəqliyyat-tranzit qovşağı olaraqAzərbaycan Respublikasının yeni nəqliyyat sistemi formalaşır.2003-cü ildə Prezident İlham Əliyev bütün sahələrdə, o cümlədənnəqliyyat sektorunda proqram təminatının inkişafının əsasını qoyub.Sahə üzrə və regional və bütün ölkə ərazisini əhatə edən proqramlarqəbul olunub və uğurla icra edilib. İnfrastruktur təminatıyaxşılaşdırılır, yeni yollar inşa olunur, müvafiq beynəlxalqəməkdaşlıq möhkəmlənir və şaxələndirilir.
2005-ci ildə Azərbaycan nəhayət Şimal-Cənub nəqliyyat dəhlizinəqoşuldu. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) vəŞimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanınmühüm nəqliyyat qovşağı olmaq imkanları artıb. Azərbaycan eyni andahəm "Şimal-Cənub", həm də "Şərq-Qərb" nəqliyyat dəhlizilayihələrində iştirak edən yeganə ölkədir. Regionda həyatakeçirilən hər bir nəqliyyat layihəsində əsas aparıcı ölkə olanAzərbaycan beynəlxalq əhəmiyyət kəsb edən dəmir yollarının inşasınavə bərpasına xüsusi önəm verir. Bunun parlaq nümunəsi olan vədünyanın 100 ən böyük layihəsindən biri hesab edilənBakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası Prezident İlhamƏliyevin birbaşa rəhbərliyi altında və qəti iradəsi ilə həyatakeçirilib. BTQ qitələrarası daşınmalar üçün geniş imkanlar yaradıb.Çin və Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmiryolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, o cümlədənŞərq ölkələrinin diqqətini cəlb edib. Belə ki, BTQ Asiya və Avropaarasında ən qısa və rahat marşrut olmaqla yükdaşıma müddətini 2dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yoluTürkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan vəƏfqanıstan kimi Mərkəzi Asiya ölkələrinin Avropa və dünyabazarlarına çıxışını asanlaşdırır.
Prezident İlham Əliyev 2023-cü ilin sentyabrında TacikistandaMərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışındabildirib ki, Şərq-Qərb marşrutu üzrə yük daşımalarına artanehtiyacı qarşılamaq üçün Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunumüasirləşdirir.
2024-cü ildə bu marşrut üzrə yük daşımalarının 1 milyon tondan 5milyon tonadək artırılacağını deyən dövlət başçısı bununla paralelolaraq Bakı Ticarət Limanının imkanlarının 15 milyon tondan 25milyon tonadək artırılacağını bildirib.
Qeyd etmək lazımdır ki, dövlət başçısının rəhbərliyi altındamüxtəlif istiqamətləri əhadə edən çox sayda proqramlar, o cümlədən"Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsininyeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) DövlətProqramı", "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsiüzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı", "AzərbaycanRespublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cüillərdə inkişafına dair Dövlət Proqramı" və digər proqram vəplanlar həyata keçirilib.
Bu sahədə görülən tədbirlərin müvəffəqiyyəti son 20 il ərzindəkigöstəricilərdə də açıq şəkildə əks olunub. Belə ki, 2023-cü ildəyük daşımalarının həcmi 2003-cü illə müqayisədə 110 milyon tondan230,2 milyon tonadək artıb. Xarici ticarət dövriyyəsinin həcmi isə2003-cü ildə 5,2 milyard dollar olduğu halda 2023-cü ildə 9,8 dəfəartım nümayiş etdirərək 51,2 milyard dollara çatıb.
Nəqliyyat və anbar sahəsində yaradılan əlavə dəyərin həcmi2003-cü ildə 568,5 milyon manat idisə, 2023-cü ildə bu göstərici7,637 milyard manata çatıb. Nəqliyyat və anbar sahəsində əsaskapitala investisiyalar 2003-cü ildəki 337,8 milyon manatdan2023-cü ildə təqribən 4,766 milyard manata çatıb. Sərnişindaşımaları 2003-cü ildə 921 milyon nəfər idisə, 20 il ərzində 2,1dəfə artaraq 1,9 milyon nəfəri ötüb. Azərbaycan son 20 il ərzindəəldə edilmiş irəliləyişi davam etdirməkdə qətiyyətlidir və artıqbunun üçün möhkəm əsaslar formalaşdırıb.
Bu kontekstdə Prezident İlham Əliyevin 23 noyabr 2023-cü iltarixili sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasınınərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzitpotensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinədair 2024−2026-cı illər üçün Fəaliyyət Planı" mühüm əhəmiyyət kəsbedir. Plan konkret istiqamətlər üzrə müxtəlif tədbirlərin icrasınınəzərdə tutur ki, bu da nəqliyyat-tranzit-logistika xidmətlərinibüdcə gəlirlərinin əsas mənbələrindən birinə çevirməyə, eləcə dəölkədə nəqliyyat xidmətləri sahəsində mövcud olan potensialdan dahasəmərəli istifadə etməyə imkan verəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsü və iştirakı iləhəyata keçirilən layihələr təkcə ölkənin özünə fayda gətirmir, həmdə regional inkişafa böyük töhfə verir. Məlumdur ki, 2022-ci ilinfevral ayında Ukraynada müharibə başladıqdan sonra xüsusən Avrasiyaməkanında yeni geosiyasi reallıqlar formalaşdı, nəqliyyat-logistikaxəritəsi faktiki olaraq dəyişdi, ənənəvi tədarük marşrutlarıpozuldu. Şimal Dəhlizinin aktuallığını itirməsi fonunda alternativnəqlliyyat dəhlizlərinə zərurət yarandı ki, Azərbaycan ərazisindənkeçən Orta Dəhliz də məhz bu cür dəhlizdir. Azərbaycan marşrutundaha geniş regionun xeyrinə imkanlarının genişləndirilməsi üzrəsözdə deyik, əməldə konkret tədbirlər həyata keçirir.
Orta Dəhlizin üstünlükləri və coğrafi əhatəsi onun TürkDövlətləri Təşkilatı ölkələrinin əsas nəqliyyat arteriyası qismindəçıxış etməsinə imkan verir. Çin-Qazaxıstan sərhəddindən başlayanOrta Dəhliz Mərkəzi Asiya və Xəzər dənizi ölkələrindən, o cümlədənAzərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiya iləAvropanı birləşdiən marşrutdur. Orta Dəhliz Avropa və Asiyaarasında ən qısa və rahat marşrutdur. Bu dəhliz sayəsində ÇindənAvropaya 10 min kilometr əvəzinə 7 min kilometrlik məsafəni 12 günərzində getmək mümkündür. Bu, Orta Dəhlizin Asiya və Avropaarasında qlobal ticarətdə nə qədər sərfəli və təhlükəsiz olduğunugöstərir.
Eyni zamanda, dəhlizin Şərqi Zəngəzur bölgəsində inkişafperspektivləri mövcuddur. Zəngəzur dəhlizi açılandan sonraAzərbaycanın Orta Dəhliz vasitəsilə nəqliyyat imkanları daha dagenişlənəcək. Bu isə regionun bütün ölkələri üçün yeni imkanlaryaradacaq.
Zəngəzur dəhlizi
Zəngəzur dəhlizi böyük regional və beynəlxalq əhəmiyyət kəsbedir. Çünki bu layihə Şimal-Cənub və Şərq-Qərb nəqliyyatdəhlizlərini birləşdirən mühüm arteriyadır.
Azərbaycan bu dəhlizin tezliklə açılması üçün konkret tədbirlərhəyata keçirib.
6 oktyabr 2023-cü ildə Zəngilan rayonunun Ağbənd qəsəbəsiyaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslamRespublikası Hökuməti arasında İran İslam Respublikasınınərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzuriqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yenikommunikasiya bağlantılarının yaradılması haqqında AnlaşmaMemorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrükinfrastrukturunun təməlqoyma mərasimi keçirilib. və tikintiişlərinə başlanılıb. Yaradılan avtomobil və sərhəd-gömrükinfrastrukturu ölkələrin ərazisindən tranzit yük daşımalarınartmasına xidmət edəcək və Naxçıvan Muxtar Respublikasınagiriş-çıxışı asanlaşdıracaq.
2023-cü il dekabr ayına olan məlumata görə, Horadiz-Ağbənd dəmiryolunun (Zəngəzur dəhlizinin bir hissəsi) tikintisi layihəsi üzrəişlər 45 faiz yerinə yetirilib və layihə 2025-ci ildəyekunlaşacaq.
Həmçinin qeyd edək ki, Zəngəzur dəhlizinin reallaşdırıması türkdünyasını quru nəqliyyatı vasitəsilə birləşdirməyə imkan verəcək.Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması üzrəsistemli fəaliyyət göstərərək beynəlxalq görüşlər çərçivəsindəlayihənin cəlbediciliyini təşviq edir.
Ermənistan isə bütün üsullarla özünün zərərinə layihəninicrasından boyun qaçırmağa çalışır, axı Azərbaycan bu dəhliziİranla da aça bilər.
Prezident İlham ƏIiyevin yanvarın 10-da yerli televiziyakanallarına müsahibəsində dediyi kimi, Ermənistan ZəngilanlaOrdubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər.
"Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha deməkistəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar vəavtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrükinzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı,digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyəbir yük Ermənistan ərazisindən göndərilirsə və hətta AzərbaycandanTürkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrükrüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir.
Bir məsələ də önəmlidir, bu yolun təhlükəsizliyi. Çünki məndəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanınqarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatındagöstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidətəhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinəyetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir.Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləriErmənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran,Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qalabilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, birbəhanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittihamedirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu,cəfəng bir ittiham idi", - dövlət başçısı deyib.
Prezident İlham Əliyev bildirib ki, bu marşrut açılmasaAzərbaycan Ermənistanla sərhəddi hər hansı başqa yerdə açmaqniyyətində deyil.
"Ona görə Ermənistan tərəfinə məsləhətim odur ki, buradamanipulyasiyalarla məşğul olmasın. Onların Azərbaycanın əsashissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamiləyararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq.Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgünvariant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmiryolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm dəavtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana,dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklərkeçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq vəəgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqayerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlarbundan daha çox ziyan görəcəklər, nəinki xeyir", - deyə dövlətbaşçısı bildirib.
Azərbaycan təkcə beynəlxalq nəqliyyat dəhlizlərininbirləşməsində yerləşən ölkə deyil, həm də irimiqyaslı infrastrukturtikintisi həyata keçirən ölkədir. Xüsusən, Ələt Azad İqtisadiZonasının (AİZ) yeri elə seçilib ki, bütün nəqliyyat növlərinin,müxtəlif yolların, marşrutların kəsişməsində yerləşir. ƏlətdəŞimal-Cənub və Şərq-Qərb marşrutları, eləcə də Orta Dəhliz kəsişir.Ələt AİZ-in yaradılması ölkənin qeyri-neft sektoruna yerli vəxarici investisiyaların artırılmasına yönəlib. QanunvericilikAİZ-dəki xarici ixtisaslaşmış personalı gəlir vergisindən, sosialsığorta ödənişlərindən və digər müvafiq vergi və yığımlardan azadedir. AİZ-dəki şirkətlər bütün gömrük rüsumları və vergilərdən, ocümlədən istənilən məhsul və xidmətlərin xaricə ixracı üzrə ƏDV-dənazad olunur. 2023-cü ilin oktyabr ayında Prezident İlham ƏliyevƏlət AİZ-in fəaliyyətinin təmin olunması üzrə əlavə tədbirlərbarədə sərəncam imzalayıb. Sərəncama əsasən AİZ-in ərazisinin 23,7hektar genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycanda illər üzrə infrastrukturun inşası və xidmətlərintəkmilləşdirilməsi üzrə sistematik şəkildə həyata keçiriləntədbirlər artıq öz bəhrəsini verməyə başlayıb - ölkəyə yük axınıartır. Azərbaycanın etibarlı tərəfdaş qismində müasir infrastrukturtəminatına malik olması faktı müxtəlif istiqamətlərdə yükaxınlarının artmasına şərait yaradır. Beynəlxalq nəqliyyatdəhlizləri ilə əhatə olunması Azərbaycanın tranzit ölkə olaraqtəkcə nəqliyyat dəhlizlərindən istifadəsinə imkan vermir, həm dədaha geniş imkanlar yaradır. Əlbəttə ki, Azərbaycanın mühümnəqliyyat qovşağına çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyialtında həyata keçirilən müasir və uzaqgörən tədbirlər sayəsindəmümkün olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)