RU

Ukrayna Rusiyanın Belqorod vilayətinə raketlərlə hucum edib

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukryanaya məxsus on raketi vurub.

Azpost.info bildirir ki, bu barədə Rusiya sərhədyanı vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin Belqorod və Belqorod vilayətini səhər atəşə tutmasının nəticəsində on raket bizim istiqamətdə uçub, raketlər hamısı hava hücumundan müdafiə sistemimiz tərəfindən vurulub” -deyə qubernator bildirib.

Onun sözlərinə görə, mümkün dağıntılar barədə hələlik məlumat yoxdur. Belqorod vilayətində bir evin şüşələrinin sındığı məlum olub. Mümkün zədələri daha ətraflı araşdırmaq üçün qapıdan qapıya yoxlama aparılacaq.

Belqorodda cümə axşamı, yanvarın 18-nə keçən gecə iki dəfə raket təhlükəsi elan edilib.

Rəsmilər bütün sakinləri pəncərələrdən uzaq durmağa və möhkəm divarları olan otaqlara sığınmağa, sığınacaq və ya başqa təhlükəsiz yerə getməyə çağırıblar.

Azpost.info

Избранный
290
22
azpost.info

10Источники