RU

Səbuhi Məmmədlinin vəziyyəti ağırdı - TƏBİB-dən AÇIQLAMA

Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikanın Cərrahiyyə və Transplantalogiya Mərkəzinin Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alır.

Bu barədə TƏBİB-dən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib. 

Məlumata görə, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir. Zəruri müayinə və müalicələri davam etdirilir. 

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində  hemodializ müalicəsi alır.

Избранный
140
13
cebheinfo.az

10Источники