RU

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Bakı, 3 iyun, AZƏRTAC

Bu günün yeniyetmələri əvvəlki nəsillərdən fərqli olaraq öz fikirlərinin dinlənilməsinə və şəxsi sərhədlərinə hörmət edilməsinə daha çox önəm verirlər. Bu, onların ərköyün olması deyil, sadəcə dünyaya fərqli baxışlarının nəticəsidir.

Bu sözləri psixoloq Lamiyə Əhmədli-Şirinova AZƏRTAC-a açıqlamasında deyib.

“Valideynlər ilk növbədə nəzarət etməkdən çox dinləməyi öyrənməlidirlər. Yeniyetmə özünü eşidilmiş hiss etdikdə ailə ilə münasibətləri daha sağlam olur. Hər məsələyə qadağa və ya tənqidlə yanaşmaq əvəzinə, dialoq qurmaq daha effektiv nəticə verir”, - deyə Lamiyə Əhmədli-Şirinova bildirib.

Psixoloq hesab edir ki, “Z” nəslinin nümayəndələri ilə münasibətdə ən vacib üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad. Valideyn övladına hörmət göstərdikcə, övlad da valideynin sözünə daha çox dəyər verir. Müasir dövrdə ortaq dil tapmağın yolu sərt nəzarətdən deyil, qarşılıqlı anlayışdan keçir.

Избранный
2
1
azertag.az

2Источники