RU

Qadınlar niyə atasına bənzər kişiləri seçirlər?



Bir çox qadın həyat yoldaşı seçərkən fərqinə varmadan atasına bənzəyən kişilərə yönəlir. Bu bənzərlik xarici görünüşdən çox davranış, xarakter və emosional münasibət səviyyəsində özünü göstərir.


Medicina.az xəbər verir ki,psixologiyada buna "tanışlıq effekti, doğmalıq sindromu" deyilir.

İnsan beyni uşaqlıqdan tanıdığı münasibət modelini təhlükəsiz hesab edir. Əgər qız uşağının ilk kişi modeli atası olubsa, onun haqqında formalaşan təsəvvür gələcək münasibətlər üçün bir növ daxili xəritəyə çevrilir.

Məsələn, ata qayğıkeş və sakit olubsa, qadın sonradan bu xüsusiyyətləri daşıyan kişilərə daha çox etibar edə bilər. Əksinə, ata emosional uzaq və ya sərt olubsa, qadın bəzən eyni tip insanlara cəlb olunur. Bunun səbəbi həmin münasibəti "düzəltmək" və yarımçıq qalmış emosional ehtiyacı tamamlamaq istəyi ola bilər.

Araşdırmalar göstərir ki, uşaqlıq dövründə formalaşan bağlanma tərzi (attachment style) sonrakı münasibətlərə ciddi təsir edir. İnsanlar çox vaxt şüursuz şəkildə tanış emosional mühit axtarırlar.

Nəsillərarası travma nəzəriyyələrində isə hesab edilir ki, ailədə illərlə davam edən münasibət modelləri sonrakı nəsillərə ötürülə bilər. Məsələn, qadınlar ailədə gördükləri münasibət nümunəsini normal hesab etdiklərinə görə oxşar seçimlər edə bilərlər.

Lakin bu, qadının mütləq atasına bənzər insanla evlənəcəyi demək deyil. Özünü tanımaq, psixoloji fərqindəlik və şəxsi inkişaf sayəsində insan köhnə münasibət ssenarilərindən çıxaraq daha sağlam seçimlər edə bilər.

Aygün Musayeva


Избранный
49
1
medicina.az

2Источники