Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;8. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;12. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;13. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;14. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;15. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;17. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;18. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;20. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.