Bakı, 3 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Prezident Tramp “New York Post”un “Pod Force One” podkastının aparıcısı Miranda Devaynə müsahibə verib.
ABŞ Prezidenti Ali Rəhbər Müctəba Xameneinin ABŞ ilə danışıqlarda iştirak etdiyini qeyd edib.
“Onlar artıq nüvə silahından imtina etməyə razılaşıblar”, - deyə Tramp bildirib.
İran nüvə proqramının sırf dinc xarakter daşıdığını iddia edərək, həmişə bu silaha sahib olmaq istəyini inkar edib.