RU

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Bakı, 3 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən Kür-Araz hövzəsində aparılan ekspedisiya çərçivəsində Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb.

Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov AZƏRTAC-a açıqlamasında Tuqay meşələrində apardığı elmi tədqiqatların nəticələrindən danışıb: “Çayboyu meşə massivlərində antropogen təsirlər, quruma əlamətləri və təbii bərpa prosesləri müşahidə olunub”.

Alim əlavə edib ki, Azərbaycanın nadir ekosistemlərindən biri olan Tuqay meşələri ölkənin biomüxtəlifliyi və ekoloji tarazlığı üçün böyük əhəmiyyət daşıyır. Bu meşələrin qorunması həm təbiət, həm də insan həyatı üçün böyük rol oynayır. Tuqay meşələri regionun ekoloji tarazlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır və onların mühafizəsi xüsusi diqqət tələb edir.

Избранный
18
1
azertag.az

2Источники