RU

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Bakı, 3 iyun, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən xəbərə görə, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu qismində xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:

- Müddətli həqiqi hərbi xidmət keçmiş;

- 30 yaşadək, fiziki cəhətdən sağlam;

- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olan kişi namizədlər müraciət edə bilərlər.

Daha ətraflı məlumat üçün:

Ünvan: Xızı rayonu, Sitalçay qəsəbəsi, “N” nömrəli hərbi hərbi hissə

Əlaqə nömrələri:

+994 (55) 259 89 49

+994 (70) 322 15 14

+994 (51) 233 25 34

Избранный
23
3
azertag.az

4Источники