ain.az bildirir, sport24.az portalına istinadən.
Belçika millisinin sabiq üzvü Eden Hazard maraqlı kampaniya ilə gündəmə gəlib. Sport24.az "Marca" istinadən xəbər verir ki, keçmiş "Çelsi" və "Real" futbolçusu Belçikanın məşhur fast-food şəbəkəsi ilə əməkdaşlığa başlayaraq "The Eden" adlı burger seriyasını təqdim edib.Hazard bu layihə ilə karyerası ərzində fiziki durumu və çəkisi ilə bağlı yayılan zarafatlara və tənqidlərə ironik şəkildə cavab verib. Yeni məhsul üç fərqli versiyada satışa çıxarılıb.Layihə eyni zamanda futbolçunun 2011-ci ildə Belçika millisinin oyununda əvəzləndikdən sonra hamburger yeyərkən görüntülənməsi ilə bağlı məşhur hadisəyə də işarədir. Həmin vaxt Hazard bu səbəbdən iki oyunluq cəza almışdı. Keçmiş ulduz illər sonra bu hadisəni kreativ bir layihəyə çevirməyi bacarıb.Qeyd edək ki, "The Eden" burgerlərinin satışından əldə olunan gəlirin bir hissəsi Belçikada ictimai idman meydançalarının yenilənməsi və saxlanılması ilə məşğul olan "QuickFix" proqramına yönəldiləcək. Layihənin məqsədi həvəskar idmanın inkişafına və gənc istedadların dəstəklənməsinə töhfə verməkdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.