RU

Bakı Enerji Həftəsi mühüm beynəlxalq platformadır

ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların, beynəlxalq əməkdaşlıq siyasətinin və gələcək inkişaf prioritetlərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Bakı Enerji Həftəsi artıq uzun illərdir ki, dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, enerji şirkətlərini və mütəxəssisləri bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu tədbir Azərbaycanın qlobal enerji bazarındakı rolunu bir daha nümayiş etdirir.

Möhtərəm Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu xüsusi vurğuladı. Bildirildi ki, ölkəmiz uzun illər ərzində həyata keçirdiyi uğurlu enerji strategiyası nəticəsində həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti qeyd edilərək Azərbaycanın təbii qaz ixracını artırdığı və yeni bazarlara çıxış imkanları əldə etdiyi diqqətə çatdırıldı.

Dövlət başçısı enerji sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini də ön plana çəkdi. Azərbaycanın müxtəlif ölkələrlə uğurlu tərəfdaşlıq münasibətləri qurduğu, enerji layihələrinin qarşılıqlı etimada əsaslandığı vurğulandı.Cənab Prezident qeyd etdi ki, enerji resursları yalnız iqtisadi inkişaf üçün deyil, həm də ölkələr arasında əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi üçün mühüm vasitədir.

Çıxış zamanı yaşıl enerji məsələlərinə də xüsusi diqqət ayrıldı. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması Azərbaycanın ekoloji cəhətdən dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.

Ölkə başcısı Bakı Enerji Həftəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız enerji resurslarına malik ölkə deyil, eyni zamanda regional və beynəlxalq əməkdaşlığa töhfə verən etibarlı tərəfdaşdır. Ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasəti həm iqtisadi inkişafın sürətlənməsinə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Bakı Enerji Həftəsi isə bu uğurların dünya ictimaiyyətinə təqdim olunduğu mühüm beynəlxalq platforma olaraq öz əhəmiyyətini qoruyub saxlayır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
yeniazerbaycan.com

1Источники