RU

Elçin Babayev: Qərbi Azərbaycana qayıdış yalnız coğrafiyaya deyil, tarixi yaddaşa, ədalətə dönüşdür

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbərin mətni

Bu gün artıq söhbət yalnız keçmişin ağrılarını xatırlamaqdan getmir. Söhbət gələcəyin modelini qurmaqdan gedir: Necə qayıdılacaq? Qayıdış hansı hüquqi mexanizmlərlə təmin olunacaq? Təhlükəsizlik zəmanətləri necə yaradılacaq? Mülkiyyət hüquqları hansı qaydada bərpa ediləcək? Tarixi yaddaşla regional sülh arasında tarazlıq necə qorunacaq? Bu suallar təkcə Azərbaycan üçün deyil, postmünaqişə transformasiyası ilə məşğul olan bütün beynəlxalq elmi ictimaiyyət üçün aktualdır. Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
icma.az

1Источники