RU

Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

Minsk şəhərində Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədə Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov və Belarus Respublikasının Milli Statistika Komitəsinin sədri İnna Medvedeva imza atıblar.

Qeyd edək ki, bu Anlaşma Memorandumu iki ölkənin statistika qurumları arasında əməkdaşlığın daha da inkişafına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
3
azertag.az

6Источники