RU

Azərbaycanda siqh tarixi araşdırılacaq

Bakı, 3 iyun, AZƏRTAC

Regionda, o cümlədən Bakıda və Atəşgah məbədində siqh səyyahlarının, tacirlərinin və dini xadimlərinin mövcudluğuna dair tarixi mənbələrin, elmi materialların və mədəni sübutların birgə araşdırılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu Bakı Təşəbbüs Qrupu ilə Beynəlxalq Siqh Federasiyası arasında imzalanmış Anlaşma Memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, bu əməkdaşlıq elmi dialoqun yaradılmasına, obyektiv araşdırmaların aparılmasına, mədəni anlaşmaya və tarixi yaddaşın qorunmasına xidmət edəcək.

Избранный
38
3
azertag.az

4Источники