RU

Rusiya: “Aİ Ermənistanı Rus Pravoslav Kilsəsini ölkədən sıxışdırıb çıxarmağa məcbur edir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı məlumata görə, Avropa İttifaqı rəhbərliyi Ermənistanın avrointeqrasiyası üçün rəsmi İrəvandan Moskva ilə çoxəsrlik dini-mənəvi əlaqələri tamamilə qırmağı və Rus Pravoslav Kilsəsini (RPK) ölkədən sıxışdırıb çıxarmağı tələb edir.

Bildirilir ki, cari ilin aprelində yaradılmış Aİ-nin Ermənistandakı Tərəfdaşlıq Missiyası RPK-nın İrəvan-Ermənistan yeparxiyasını kilsə əmlakından istifadə hüququndan məhrum etməyə və onun Erməni Həvari Kilsəsi ilə dialoqunu bloklamağa çalışır. SVR-nin iddiasına görə, Qərb tərəfindən maliyyələşən yerli QHT-lər Rusiya hərbi bazasındakı kilsənin keşişi Timofey Kazaryanı iyunun 7-nə təyin edilmiş parlament seçkilərinə müdaxilədə ittiham ediblər. Rusiya kəşfiyyatı bəyan edib ki, Avropa rəsmiləri Ermənistan hakimiyyətini kilsəyə qarşı təqiblərə başlamağa sövq etmək üçün digər din xadimlərinə qarşı da kompromatlar hazırlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
40
olaylar.az

1Источники