XANKƏNDİ, 3 iyun. TELEQRAF
Şuşa şəhərinin ərazisində 2x400m3, 2x1000m3 su anbarları və 34.5 km su şəbəkəsi və 27.5 km kanalizasiya şəbəkəsi istismar olunur.
Teleqraf-ın Qarabağa ezam olunan müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edilib ki, şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı olan su mənbəyindən şəhərə qədər olan D325 mm L=9.3 km polad, D225mm, L=12 km magistral su kəməri vasitəsilə edilib.
Bundan əlavə, 1 ədəd (5000 m3/gün) sutəmizləyici qurğu yenidən qurulub. Tullantı suları dərələrə axıdılaraq daşaltı çayına istiqamətlənir.
Şuşa şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 30 istehlakçıya və 535 abonentə xidmət göstərilir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Şuşa şəhərinə 368 ailə , Böyük qaladərəsi kəndinə 14 ailə köçürülüb.