Başkənd məsələsinin həlli variantlarından biri mübadilə ola bilər.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Göyçə vilayətində seçkiqabağı kampaniyası zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi üçün bu məsələ artıq gərginlik səbəbi deyil:
“Prinsip budur: Ermənistan və Azərbaycan delimitasiya prosesi ilə bir-birinə zərər vermək, yoxsa bizim və onların övladlarının artıq bu problemlərlə məşğul olmamaları üçün bu məsələləri həll etmək istəyirlər? Bizim vəzifəmiz uşaqlarımıza kadastr sənədi olan bir ölkə qoymaqdır. Qalan tək şey kadastr sənədindəki planları yekunlaşdırmaq və bu kadastr sənədi ilə təsdiqlənmiş bir dövləti nəsildən-nəslə ötürməkdir. Təhlükəsizlik olacaq və Ermənistanın müdafiə qabiliyyəti daim inkişaf edəcək”, - Paşinyan bildirib./axar.az