RU

DİN: Bir gündə 80 cinayətin açılması təmin edilib, 187 axtarışda olan şəxs saxlanılıb

İyunun 2-də ölkə ərazisində qeydə alınan 49 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə 
Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. 

Axtarışda olduğuna görə ümumilikdə 187 nəfər saxlanılıb. Onlardan 146-sı borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə narkotiklərlə əlaqəli 26 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 7 fakt müəyyən edilib.

DİN bildirib ki, cinayət törətməkdə şübhəli bilinən 70 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Gülnar Nazimqızı 

Избранный
13
38
anews.az

10Источники