RU

Borclu olan 146 nəfər tutuldu

İyunun 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 146 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Избранный
39
5
publika.az

6Источники