RU

ABŞ-də naməlum şəxs bankda bir neçə nəfəri girov götürüb

ABŞ-nin Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs bankın qarşısında barrikada quraraq bir neçə nəfəri girov götürüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "ABC News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, cinayətkarın üzərində partlayıcı qurğu ola bilər.

Bildirilib ki, naməlum şəxs yerli vaxtla saat 13:00 radələrində "Chase" bankının filialına daxil olaraq içəridə barrikada qurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıblar. Girovlardan biri azad edilib, lakin bankda saxlanılanların ümumi sayı hələlik məlum deyil.

Избранный
58
day.az

1Источники