RU

Rubio: Venesuelada yeni seçkilər keçirilməlidir

Bakı, 3 iyun, AZƏRTAC

Venesuelada yeni, azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri şərait yaradılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ Dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Büdcə Təxsisləri Komitəsində keçirilən dinləmələr zamanı səsləndirib.

“Venesuelanın ehtiyacı olan şey azad və ədalətli demokratik seçkilərdir”, – deyə Rubio bildirib. Onun sözlərinə görə, bu, ölkənin xarici investisiyalar cəlb etməsi və iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

Dövlət katibi qeyd edib ki, seçkilərin keçirilməsi üçün azad və müstəqil medianın fəaliyyəti təmin olunmalı, siyasi partiyalara hazırlıq üçün kifayət qədər vaxt və imkan verilməli, həmçinin yeni seçki şurası formalaşdırılmalıdır.

Rubio əlavə edib ki, Karakasdakı müvəqqəti hakimiyyət orqanları ilə əməkdaşlıq üçün bir sıra istiqamətlər mövcuddur. Onun sözlərinə görə, bu əməkdaşlığın bəzi detalları ictimaiyyətə açıqlanmasa da, proses müsbət istiqamətdə davam edir.

Избранный
68
3
azertag.az

4Источники