RU

Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir Kaleb Orr

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ və Azərbaycan arasındakı münasibətlər Vaşinqton üçün əsas prioritetdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat brifinqində bildirib.

Orr deyib: "Cənubi Qafqaz regionunda yeni bir sülh dövrünü qarşılamağa çalışdığımız bir vaxtda ABŞ və Azərbaycan arasındakı münasibətlər ABŞ və Tramp administrasiyası üçün əsas prioritetdir."

O qeyd edib ki, ABŞ və Azərbaycan fevral ayında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas elementi olan ticarət, biznes və investisiya sahələrində ikitərəfli imkanları genişləndirməyə sadiqdirlər.Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
2
news.milli.az

3Источники