Göyçay şəhərində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə nümunəvi addım atılıb.Mebuat.az xəbər verir ki, 24 yaşlı bloger Davud Tarverdiyev şəhər ərazisində yerləşən Əli Kərim adına parkda uşaqlar üçün ödənişsiz hədiyyələr paylayıb. O, bu hədiyyələri öz qazancının hesabına alıb. Gəncin həyata keçirdiyi bu təşəbbüsü rayon sakinlərinin marağına, uşaqların isə böyük sevincinə səbəb olub. Sözügedən görüntüləri təqdim edirik: