RU

Xameneinin dəfn yeri açıqlandı

İranın keçmiş Ali Lideri Ayətullah Seyid Əli Xameneinin rəsmi dəfn mərasimi iyun ayında təşkil ediləcək.

Demokrat.az xəbər verir ki, Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Tovəkkolizadə bildirib ki, prosesin idarə olunması İslam İnqilabı Keşikçiləri Korpusuna tapşırılıb. Tədbirin yüksək səviyyədə təşkili üçün hazırlıq müddətinin uzadılması istiqamətində müzakirələr gedir.

Rəsmi plana əsasən, vida mərasimi üçün üç gün ayrılıb. Paytaxt Tehrandakı vida mərasimi minimum 24 saat davam edəcək. Daha sonra cənazə Qum və Məşhəd şəhərlərinə aparılacaq və orada matəm yürüşləri keçiriləcək. Keçmiş Ali Lider vəsiyyəti nəzərə alınaraq Məşhəddə yerləşən İmam Rza türbəsində torpağa tapşırılacaq.

Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin hərbi zərbələri zamanı dünyasını dəyişib. Onun ölümündən sonra hakimiyyət oğlu Müctəba Xameneiyə keçib. Apreldə keçmiş rəhbərin vəfatının qırx mərasimi keçirilsə də, təhlükəsizlik problemləri üzündən rəsmi dəfn bura qədər təxirə salınmışdı.

İsmayıl
Demokrat.az
Избранный
36
demokrat.az

1Источники