RU

“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb

2026-cı ilin yanvar-aprel aylarında pambıq istehsalçısı “P-AQRO” MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçıları arasında ixracını artıran şirkətlərdən biri olub.

Marja xəbər verir ki, şirkətin ixracı 18,9 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin eyni dövründə “P-AQRO”nun ixracı 11,7 milyon ABŞ dolları idi. Bu isə 7,2 milyon dollar və ya 61,5% artım deməkdir.

Nəticədə şirkət qeyri-dövlət ixracatçıları reytinqində ilk onluqda mövqeyini qoruyub.

İş elanları AzVak.az-da

Избранный
15
1
marja.az

2Источники