RU

Ötən ay 56 aptekdə yoxlama aparılıb

Bakı, 2 iyun, AZƏRTAC

Bu ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 56 aptekdə yoxlama aparıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yoxlamalardan 1-i paytaxt Bakıda, 55-i isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə həyata keçirilib. 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq müvafiq inzibati protokollar tərtib olunub.

Избранный
2
2
azertag.az

10Источники