RU

Nazir müavini: Yaşıl enerji layihələrinin inkişafı Avropada enerji qiymətlərinə də müsbət təsir göstərə bilər

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan enerji sahəsində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirərək Mərkəzi Asiya, Cənubi Qafqaz, Qara dəniz regionu və Avropa arasında yeni enerji körpülərinin formalaşdırılmasına töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda keçirilən “Enerji Körpüləri: Yaşıl Enerjidən Regional İnteqrasiyaya” adlı sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, bu layihələr tərəfdaşlıq və mövcud potensial üzərində qurulub.

“Məqsəd yeni enerji resurslarını beynəlxalq bazarlara çıxarmaq və tərəfdaş ölkələrlə paylaşmaqdır. Mərkəzi Asiya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstanla həyata keçirilən bir sıra layihələr artıq irəliləmiş mərhələdədir”, – deyə nazir müavini qeyd edib.

Orxan Zeynalov vurğulayıb ki, həyata keçirilən layihələr gələcəkdə Şərqi və Cənub-Şərqi Avropanın enerji təminatında mühüm rol oynayacaq: “Yaşıl enerji layihələrinin inkişafı və enerji sistemlərinin qarşılıqlı əlaqəsinin gücləndirilməsi Avropada enerji qiymətlərinə də müsbət təsir göstərə bilər”.

Foto - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov

 

Избранный
23
1
azertag.az

2Источники