RU

SOCAR: Azərbaycan 2026-cı ildə qaz ixracı coğrafiyasını genişləndirəcək

Azərbaycan 2026-cı ildə qaz ixracı coğrafiyasının genişləndirilməsini davam etdirəcək.

Bu barədə Beynəlxalq Qaz İttifaqının İcraiyyə Komitəsi, SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov 31-ci Bakı Enerji Forumunda bildirib.

"Hazırda biz qazı 16 ölkəyə tədarük edirik. Bu rəqəm artacaq. O (ölkələrin sayı - red.) elə bu il artacaq. Siz dünən burada, Bakıda imzaladığımız müqavilə barədə bilirsiniz. Lakin yeni müqavilələr və coğrafiyamızın daha da genişləndirilməsi də olacaq", - V. Bəylərbəyov deyib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan təxminən 25 milyard kubmetr qaz ixrac edib, bunun da yarısından çoxu Avropaya yönəlib.

Избранный
28
1
banco.az

2Источники