RU

Rusiya Ermənistanı çətin vəziyyətdə qoydu: Görün Paşinyan hansı üsula əl atdı

Rusiya ilə Ermənistan arasında ticarət münasibətlərində yaranan gərginlik İrəvanı yeni çıxış yolları axtarmağa məcbur edib. Moskvanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərdən sonra hökumət fermerlərə dəstək proqramı hazırladığını açıqlayıb.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkiləri ərəfəsində seçicilərlə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ixrac edilə bilməyən kənd təsərrüfatı məhsullarının zərərini hökumət qarşılayacaq.

“Bu gün strateji seçim mərhələsindəyik. Deyirəm ki, əgər bibər xarab olacaqsa, onun pulunu mən ödəyəcəyəm, hökumət ödəyəcək. Amma bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixrac artacaq”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, ixrac qarşısında “ədalətsiz maneələr” yarandığı halda, ölkədə xaricə göndərilə bilməyən məhsulların subsidiyalaşdırılması və fermerlərə maliyyə dəstəyi mexanizmləri işə salınacaq.

Избранный
14
publika.az

1Источники