RU

Vitali Bəylərbəyov: Azərbaycan qazına tələbat mövcud imkanları üstələyir

Azərbaycanın qaz ixracını artırmaq üçün kifayət qədər ehtiyatları olsa da, mövcud infrastruktur imkanları buna tam şərait yaratmır.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Qaz bazarları: İnfrastruktur, Strategiya və Geosiyasət” adlı sessiyasında SOCAR-ın vitse-prezidenti Vitali Bəylərbəyov deyib.

Onun sözlərinə görə, son geosiyasi hadisələr fonunda Azərbaycan qazına tələbat daha da artıb və bir çox ölkə ilə şirkət tədarük həcmlərinin artırılması üçün müraciət edir.

“Bu tələbi tam qarşılaya bilmirik. Səbəb resurs çatışmazlığı deyil. Resurslarımız var”, – deyə Vitali Bəylərbəyov bildirib.

SOCAR rəsmisinin sözlərinə görə, əsas məhdudiyyət mövcud nəqliyyat infrastrukturunun imkanları ilə bağlıdır.

“Bizim çatışmayan infrastrukturumuzdur. Mövcud sistem genişləndirilə bilən şəkildə inşa olunub, lakin bu qədər sürətli tələbat artımını heç kim proqnozlaşdıra bilməzdi”, – deyə o vurğulayıb.

Vitali Bəylərbəyov qeyd edib ki, fosil yanacaq infrastrukturu layihələrinin maliyyələşdirilməsinə qoyulan məhdudiyyətlərə baxmayaraq, SOCAR yeni hasilat layihələrinin, infrastrukturun və əlavə ixrac marşrutlarının inkişafını davam etdirəcək.

Onun sözlərinə görə, şirkət hazırda Azərbaycanı yeni bazarlarla birləşdirəcək əlavə enerji dəhlizləri üzərində də işləyir.

Избранный
13
1
apa.az

2Источники