RU

® “Expressbank”dan sahibkarlar üçün yeni məhsul

Sahibkarların etibarlı maliyyə tərəfdaşı “Expressbank” biznesini inkişaf etdirmək istəyən müştərilərinə qızıl təminatı ilə mikro kredit məhsulunu təqdim edir.

Yeni məhsul sahibkarlara fəaliyyətlərini genişləndirmək, dövriyyə vəsaitini artırmaq, mal ehtiyatlarını yeniləmək və digər biznes ehtiyaclarını qarşılamaq üçün əlavə maliyyə imkanı yaradır. Qızıl təminatı ilə mikro kredit məhsulu sahibkarların 50 min manatadək vəsait əldə edə bilməsini təmin edir.

Kredit 36 ayadək müddətə təqdim olunur və müştərilər üçün 3 aya qədər güzəşt müddəti nəzərdə tutulub. Sadə rəsmiləşdirmə prosesi və çevik şərtlər sayəsində sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitinə daha operativ çıxış əldə edə bilirlər.

FİFD: min. 24,07 faiz - maks. 41,6 faiz

Komissiya: 1,5 faiz – 2 faiz

Məbləğ: 500 – 50 min manat

Güzəşt müddəti: 3 ayadək

İllik faiz: min. 23 faiz - maks. 29 faiz

Qeyd edək ki, “Expressbank” 16 filialı ilə fəaliyyət göstərir. Qızıl təminatı ilə mikro kredit və digər xidmətlər ilə bağlı Bankın sizə ən yaxın filialından, www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.

Təcili kredit üçün bura keçid edin!

Избранный
30
11
azertag.az

10Источники