RU

Ekspert Rövşən Rüstəmova plan hazırladı: “Qafqaz Ekspresi”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu, Azərbaycanın maliyyə dəstəyi və liderliyi ilə bu vacib logistik marşrut açıldı. 

Bu lahiyə elan olunanda heç bir xarici bank, maliyyə mərkəzi absurd iddialara görə layihəni dəstəkləmədi, kredit ayırmadılar – mənasız bəhanələri də o idi ki, güya, bu layihə Ermənistanın izolyasiyasını artırır. 

Bu gün reallıq odur ki, layihə çalışır, tələbat var, “Orta Dəhliz” dünya logistika xəritəsində öz yerini tutur, hamı indi bu layihədə maraqlı olduğunu deyir, hətta Ermənistan da bu yolun açılmasını alqışlayır. Bura qədər hər şey yaxşıdı, Azərbaycanın strateji doğru qərar alma qabiliyyətini, dövlət ağlını göstərir.

Azərbaycan Dəmir Yollarının rəhbəri Rövşən Rüstəmov bəyan edib ki, BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil". 

Yumşaq desəm, çox qəribə açıqlamadır, yaxşı, o planı kim qurmalı, tərtib etməlidir ki?! Mən?! Plan yoxdyrsa, olsun da, Sizin işiniz də elə plan tərtib edib ölkələr arası münasibətləri intensivləşdirmək deyilmi?!” 

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtruisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Gürcüstan tərəfi razıdır, Türkiyə tərəfi marağını ifadə edib: 

“Planı bircə siz ADY olaraq qura bilmirsiz, ya qurmamısınız? Bu planı düşünüb, həyata keçirməyə nə mane olur ki?

BTQ dəmir yolunu sərnişinlər üçün “Qafqaz Ekspresi”nə çevirmək olar, hətta Orta Asiya Respublikalarından turistlərin Avropaya qədər çatdırılmasını təşkil etmək, planlamaq mümkündür. Görürsünüz, Rövşən müəllim, planlamaq olur...”

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
cebheinfo.az

2Источники