Kolumbiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iyun ayı üzrə sədrliyini təhvil alaraq, sülhün bərqərar olması və dəstəklənməsinin prioritet mövzular arasında yer alacağını bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, Kolumbiyanın BMT-dəki daimi nümayəndəsi Leonor Zalabata keçirdiyi mətbuat konfransında ölkəsinin iyun ayı ərzində rəhbərlik edəcəyi BMT Təhlükəsizlik Şurası sədrliyinin artan geosiyasi gərginliklər, münaqişələr və humanitar böhranların yaşandığı bir dövrə təsadüf etdiyini bildirib.
BMT Təhlükəsizlik Şurasının ay ərzində Yaxın Şərqdəki hadisələri müzakirə edəcəyini diqqətə çatdıran Zalabata, sədrlik müddətində dialoqa əsaslanan sülh proseslərinin qurulması və dəstəklənməsi, həmçinin çoxtərəfliliyin gücləndirilməsi mövzularına da prioritet olaraq diqqət yetirəcəklərini ifadə edib.
Kolumbiya Prezidenti Qustavo Petronun gələn həftə BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdə sülhün qorunmasına dair təşkil olunacaq iclasda çıxış edəcəyi açıqlanmışdı.