Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Hesabata əsasən, bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 19,3 milyon ABŞ dolları və ya 3,5 dəfə azdır.
Ötən 4 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
Report


