RU

Qanunsuz saxlanılan silahlar aşkarlandı

İyunun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 qumbara, 2 tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edərək götürüblər.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyi bildirilib.

Tarix: 2 İyun 2026, 11:05   
Избранный
1
49
pravda.az

10Источники