RU

Məşhur aktrisanın son halı GÜNDƏM OLDU

Ajans.az xəbər verir ki, 2004-cü ildə yayımlanan “Haziran Gecesi” serialında canlandırdığı “Havin” obrazı ilə tanınan Naz Elmas sosial media paylaşımları və görünüşündəki dəyişikliklərlə diqqət çəkməyə davam edir. Son olaraq “Doktor: Başka Hayatta” layihəsində ekranlara qayıdan aktrisanın həm serialdakı görünüşü, həm də sosial şəbəkələrdə paylaşdığı fotolar izləyicilərin marağına səbəb olub. Ekran filtri iddiaları Uzun fasilədən sonra televiziya layihələrində qonaq aktyor kimi iştirak edən Elmasın serialdakı görüntüləri yayımlandığı dövrdə də müzakirə olunmuşdu. Bəzi tamaşaçılar onun üz cizgilərini daha yumşaq göstərmək üçün xüsusi görüntü filtrlərindən istifadə edildiyini iddia etmişdilər. Sosial şəbəkələrdə bu vəziyyət əvvəllər televiziya proqramlarında istifadə olunan güclü ekran filtrləri ilə müqayisə edilərək geniş müzakirələrə yol açmışdı. Son paylaşımları diqqət çəkdi Aktrisanın sosial media hesabında paylaşdığı təbiət fonunda çəkilmiş son fotolar bu müzakirələri yenidən alovlandırıb. Şəkillərdəki hamar dəri görünüşü, aydın üz cizgiləri və ümumi görüntü izləyicilər tərəfindən “körpə filtri” və buna bənzər foto redaktə proqramlarının istifadəsi kimi qiymətləndirilib. Fotoların aşağı rakursdan çəkilməsi də istifadəçilərin diqqətini çəkən məqamlardan biri olub. Şərhlər yağdı Qısa müddətdə çoxlu bəyənmə və şərh toplayan paylaşımların altında aktrisanın təbii görünüşünü əks etdirmədiyini bildirən çoxsaylı tənqidi rəylər yazılıb. İzləyicilərin şərhləri arasında “Bu nə filtrdir? Elə bil uşaqlıq dövrünə qayıdıb”, “Özünə nə edib belə?” və “Daşın üstündə oturma, xəstələnərsən” kimi ifadələr yer alıb. Məşhur simaların rəqəmsal filtrlərdən geniş istifadə etməsi sosial şəbəkələrdə təbiilik, estetik görünüş və gözəllik standartları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Naz Elmas isə səsləndirilən tənqidlərə hələlik münasibət bildirməyib.

 

Избранный
104
25
Ajans.az

10Источники