RU

Ata və 6 yaşlı oğlu faciəvi şəkildə öldü

Dinar rayonunda baş verən faciəli traktor qəzası ata və azyaşlı oğlunun həyatına son qoyub.

Musavat.com xəbər verir ki, Qurban bayramını keçirmək üçün kəndə gələn ailənin göbələk yığmaqdan qayıdarkən qəzaya düşdüyü bildirilib.

Məlumata görə, Ümit Yıldırım ailəsi ilə birlikdə Ispartadan doğma kəndlərinə gəlibmiş. İddiaya əsasən, marketinq sahəsində çalışan ata iki oğlunu da götürərək göbələk yığmağa gedib.

Hadisə ailə evə qayıdarkən baş verib. İdarəetmədən çıxan traktorun aşması nəticəsində ata Ümit Yıldırım və 6 yaşlı oğlu Mustafa Mert Yıldırım hadisə yerində həyatını itirib.

Bildirilir ki, azyaşlı Mustafa Mert Yıldırım İspartanın mərkəzində yerləşən Çünür bağçasının şagirdi olub.

Qəza zamanı traktorun altında qalaraq ağır yaralanan digər uşaq R.Y. isə xəstəxanaya çatdırılıb. Onun reanimasiya şöbəsində müalicəsinin davam etdiyi bildirilib.

Musavat.com

Избранный
20
musavat.com

1Источники