RU

Azərbaycan Türkiyəyə 15 illik zəmanət verdi yeni müqavilə

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "BOTAŞ" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" və Birləşmiş Ərəb Əmirliklərinin "ADNOC" şirkətləri arasında mühüm təbii qaz müqaviləsi imzalanıb. 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, iki ölkə arasındakı güclü enerji əməkdaşlığı Bakı Enerji Həftəsi çərçivəsində yeni mərhələyə qədəm qoyub. Bakı Enerji Forumu çərçivəsində imzalanan bu qaz tədarükü müqaviləsi çərçivəsində "Abşeron" yatağındakı yeni hasilat investisiyaları hesabına Türkiyəyə mavi qazın ötürülməsi təmin ediləcək.

Məsələ ilə bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, müqavilə çərçivəsində Azərbaycanın "Abşeron" yatağından hər il 2,25 milyard kubmetr olmaqla, 15 il ərzində ümumi həcmi 33 milyard kubmetr təşkil edəcək təbii qaz idxal olunacaq.

Töhfə Səməd

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
modern.az

1Источники