“Ən vacib nöqtə isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın müstəsna rol oynamasıdır. Bizim TANAP və TAP, Bakı-Tbilisi-Ceyhan (BTC) kimi layihələrimiz var”. O əlavə edib ki, Azərbaycanın şərqlə qərb arasında terrorizm, separatizm kimi “izm”lərin bir neçəsinin qarşısını kəsən əsas ölkə olması çox önəmlidir. “Diqqətlə baxsaq, görərik ki, iki platforma arasında Azərbaycanla qərbə doğru esktermist düşüncələr keçmir. Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatını inşa edir. Bu da çox ciddi bir regional quruma çevriləcək. Beynəlxalq təşkilatlarla əməkdaşlığa gəldikdə, əlbəttə ki, Azərbaycan qlobal aləmdə digər ölkələr müharibə təəssübkeşi kimi çıxış edir, Azərbaycan isə humanitar forumlarla dünyanı dialoqa gətirir. Münaqişələrin kökündə bəzən etnik subkultura, o cümlədən hansısa toqquşmalar dayanır. Azərbaycan multikultural dəyərləri ilə onun alternativini tərtib edir. Burada idman yarışları, enerji sammitləri də var. Azərbaycan beynəlxalq təşkilatlarda Qoşulmama Hərəkatı, BRİCS, BMT və digər qurumlar üzərindən dünyaya böyük mesajlar verir. Yəni beynəlxalq təşkilatlarla qlobal çağırışlara cavabda, o cümlədən ədalət və hüququn müdafiəsində Azərbaycanın əlahiddə rolu var”. Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.