RU

Fransa Rusiyadan gələn tankeri saxladı

Yazını böyüt
Yazını kiçilt

Fransa Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyalar altında olan və Rusiyadan gələn "Tagor" adlı tankeri saxlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron öz "X" hesabında məlumat verib. "Bu əməliyyat Atlantik okeanında, Böyük Britaniya da daxil olmaqla bir neçə tərəfdaşın dəstəyi ilə müvafiq qanunvericiliyə ciddi şəkildə riayət edilməklə həyata keçirilib", - deyə o yazıb.

Makron tankerə helikopterdən eniş edən desantın kadrlarını da dinamik musiqinin müşayiəti altında yayımlayıb.

"VesselFinder"in məlumatına görə, bu adda tanker may ayının sonunda Norveçin qərb sahillərində idi və Murmanskdan Baltik dənizindəki naməlum limana istiqamət götürmüşdü.

Fransanın Atlantik region üzrə Dənizçilik Prefekturasından bildirilib ki, tanker Fransanın şimal-qərbində, Bretaninin qərbindən 400 dəniz mili (təxminən 740 km) məsafədə saxlanılıb:

"Yoxlama qrupu göyərtəyə qalxdıqdan sonra sənədlərin nəzərdən keçirilməsi bayraqdan istifadə pozuntuları ilə bağlı şübhələri təsdiqlədi. Dəniz məhkəməsi üzərində yurisdiksiyaya malik Brest prokurorluğuna ərizə təqdim edilib. Tanker hazırda Fransa Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən əlavə yoxlama üçün lövbərsalma dayanacağına qədər müşayiət olunur".

Избранный
53
hafta.az

1Источники