RU

Etiraz aksiyalarının iki iştirakçısı edam edildi

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

 İranda etiraz aksiyaları zamanı zorakılıq hadisələrində iştirak etdikləri iddiası ilə ölüm cəzasına məhkum edilən Mehrdad Məhəmmədniya və Eşkan Malikin edam hökmü icra olunub. 

"Cebheinfo.az" xəbər verir ki, təqsirləndirilən şəxslər dövlət əmlakına ziyan vurmaq və bir məscidi yandırmaqda ittiham ediliblər. İran hakimiyyəti onların əməllərini “terror aktı” kimi qiymətləndirib. 

İranın məhkəmə hakimiyyətinə bağlı fəaliyyət göstərən xəbər agentliyinin məlumatına görə, Mehrdad Məhəmmədniya və Eşkan Malikiyə verilən ölüm hökmləri səhər saatlarında icra olunub. Məlumatda qeyd edilir ki, Məhəmmədniya və Maliki son etiraz aksiyaları zamanı Tehran əyalətində baş vermiş zorakılıq hadisələrinə rəhbərlik etməkdə ittiham olunublar. 

Onların, həmçinin dövlət əmlakına ziyan vurmaq və bir məscidi yandırmaqda təqsirləndirildiyi bildirilib. İran hakimiyyəti həmin əməlləri “terror aktı” kimi dəyərləndirib. Aparılan məhkəmə prosesindən sonra çıxarılan ölüm hökmlərinin qüvvəyə mindiyi və icra olunduğu açıqlanıb. 

Son illərdə İranda etiraz aksiyalarında iştirak etdikləri və ya təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda yer aldıqları iddia edilən çoxsaylı şəxslərə ağır cəzaların verilməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
1
cebheinfo.az

2Источники