RU

ABŞ və Suriya prezidentlərinin telefon danışığı oldu

ABŞ və Suriya prezidentləri Donald Tramp ilə Əhməd əş-Şaraa arasında telefon danışığı baş tutub.

Tərəflər ikitərəfli münasibətləri, eləcə də bölgədəki siyasi və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Cebheinfo.az" xəbər verir ki, Suriya Prezident Administrasiyasının yaydığı məlumata görə, Əhməd əş-Şaraa və Tramp telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivlərini və regiondakı son hadisələri nəzərdən keçiriblər.

Görüşdə Suriyada sabitliyin möhkəmləndirilməsi, iqtisadi bərpa prosesinin sürətləndirilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin bölgədəki təhlükəsizlik vəziyyətini və regional gərginliklərin yaratdığı çətinlikləri müzakirə ediblər. Colani Suriyanın yenidən qurulması və bərpa mərhələsində beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ölkəyə qarşı qüvvədə qalan sanksiyaların ləğvi Suriya iqtisadiyyatının dirçəldilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün əsas addımlardan biridir.

Əhməd əş-Şaraanın sözlərinə görə, sanksiyaların aradan qaldırılması investisiyaların cəlb edilməsinə, iqtisadi və inkişaf layihələrinin həyata keçirilməsinə, həmçinin həyati əhəmiyyət daşıyan sahələrin inkişafına şərait yaradacaq.

Suriyanın təyin olunmuş prezidenti regional problemlərin həllində diplomatiya və dialoqun ön plana çəkilməsinin vacibliyini qeyd edib.

O bildirib ki, bu yanaşma regional təhlükəsizliyin və sülhün möhkəmlənməsinə töhfə verə, bölgəni yeni gərginliklərdən qoruya bilər.

Tramp isə öz növbəsində Suriyada və regionda baş verən prosesləri yaxından izlədiyini bildirib. ABŞ Prezidenti sabitliyin qorunmasının, həmçinin Suriyanın bərpası və yenidən qurulması prosesinə dəstəyin vacibliyini vurğulayıb.

Telefon danışığının sonunda tərəflər əlaqələrin və koordinasiyanın davam etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın sürdürülməsi barədə razılığa gəliblər.

Onlar bu yanaşmanın hər iki ölkənin maraqlarına xidmət edəcəyini, həmçinin regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.

Избранный
39
cebheinfo.az

1Источники