RU

Azərbaycanlı bu ölkədə şəhər meri seçildi (FOTO)

Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orhey şəhərinin mer vəzifəsinə seçkinin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib.

MilliYol.az xəbər verir ki, bu barədə Ramiz Ansarovun özü bildirib.

Mayın 31-də keçirilən seçkinin ikinci turunda seçicilərin 58 faizindən çoxu Ramiz Ansoravun lehinə səs verib.

Qeyd edək ki, mayın 17-də Orhey şəhəri meri seçkisinin birinci turunda Ramiz Ansarov namizədlər arasında ən çox səs toplayıb.

1987-ci ilin aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır, onun atası Barana (Noyemberyan) rayonunda anadan olub və böyüyüb. Sonradan ailəsi Bakı şəhərinə köçüb. Dörd oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəallıq göstərir. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporumuzun inkişafına öz töhfəsini verir.

 

Fotolar

Избранный
10
11
milliyol.az

10Источники