RU

Pezeşkianln istefası xəbəri yayıldı...- İki RƏSMİ TƏKZİB GƏLDİ...

KİVd-ə xəbər verildiyi kimi, dünən gecə saatlarında bəzi yerli İran saytları guya ölkə Prezidenti Məsud Pezeşkianın istefası barədə məlumat yayıblar.

Moderator.az xəbər verir ki, bundan az sonra İran Prezidentinin kommunikasiya və informasiya üzrə müavini Seyid Mehdi Təbatəbai X-də paylaşım edərək bu iddiaları rədd edərək, "nüfuzsuz xarici şəbəkəni" şayiələr yaymaqda günahlandırıb və həmin iddianı "əvvəlki gülünc media oyunlarının davamı" adlandırıb.

Tabatabaei bildirib ki, Prezident Pezeşkian "xalqa xidmət etməkdən geri çəkilməyəcək", necə ki, ölkə həmrəylik və müqavimət yolundan geri çəkilməyəcək.

O yazıb: “Onlar reallıq əvəzinə öz arzularını dərc ediblər. Onlar İran millətinin birliyini pozmaq istəklərini məzara aparacaqlar..."

"Azad İran" kanalı isə digər İran rəsmisinin açıqlamasını yayıb:

İran hökumətinin sözçüsü Fatimə Mühacirani "X" hesabında yazıb: "Pezeşkian hökuməti çətin günlərdə xalqın yanında olduğunu göstərdi; bu gün də eyni baxışla ölkənin problemlərinin həlli və insanların rifahının yaxşılaşdırılması üçün çalışır. İran həmrəylik və milli birliklə irəliyə doğru gedəcək..."

S.Laçın

 

Избранный
50
moderator.az

1Источники